
RegionTV.info Milli.Az-a istinadla bildirir ki, demensiya xəstəliyindən əziyyət çəkən 69 yaşlı qadına qarşı zor tətbiq edən 29 yaşlı Jenny Dady məhkəmənin qərarı ilə həbs edilib. Hakim onun 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.
İngiltərənin Norfolk qraflığının baş polis idarəsi xəstə qadına şiddət göstərən Cenninin təhlükəsizlik kamerasına düşən görüntülərini ictimaiyyətə təqdim edib.
