Türkiyədə kişi ondan boşanmaq istəyən ukraynalı həyat yoldaşının üzünü kəsici alətlə doğrayıb.
RegionTV.info Sonxeber.az-a istinadən xəbər verir ki, Kocaelidə yaşayan 44 yaşlı Məsut Öztürkmən ukraynalı həyat yoldaşının bacısının sosial şəbəkədəki hesabını izləyərək İstanbula gəlib. Ticarət mərkəzində alış-veriş edən zaman Məsut Öztürkmən 28 yaşlı həyat yoldaşı Hanna Byutimə hücum edib.
Məsut Öztürkmən 28 yaşlı qadının üzünü üzərindəki kəsici alətlə doğrayıb.
Üzündən ağır yaralanan Hanna xəstəxanaya yerləşdirilib, cinayətkar isə hadisə yerindən qaçıb.
Polislər tərəfindən saxlanılan 44 yaşlı kişi həbs olunub.
Xəbəri paylaş