Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıdan yola düşən qatar Ağdama ÇATDI - FOTO

Bakıdan yola düşən qatar Ağdama ÇATDI - FOTO

32 ildən sonra ilk dəfə bu gün Bakıdan yola çıxan qatar Ağdama çatıb.

Səfər “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə həyata keçirilib.

Qatarda Ağdamın bir sıra tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar yer alıb.

Xatırladaq ki, Ağdama sonuncu qatar işğaldan öncə 1993-cü ildə yola düşüb.

Qeyd edək ki, hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:00-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər.

Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 AZN, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 AZN təşkil edir.

 


***

32 ildən sonra Bakıdan ilk dəfə Ağdama qatar yola düşüb. 

Modern.az saytı xəbər verir ki, bu gün - avqustun 30-da Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verilib.

Səfər “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir.

Səfərdə Ağdamdan olan bir sıra tanınmış ictimaiyyət nümayəndələri və jurnalistlər də iştirak edir.

Xatırladaq ki, Ağdama sonuncu qatar işğaldan öncə - 1993-cü ildə yola düşüb.  

Ağdama yola düşən sərnişin qatarının fotolarını təqdim edirik:





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də