Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

32 ildən sonra Bakıdan Ağdama qatar getdi - FOTOLAR

32 ildən sonra Bakıdan Ağdama qatar getdi - FOTOLAR

32 ildən sonra Bakıdan ilk dəfə Ağdama qatar yola düşüb. 

Bu gün - avqustun 30-da Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verilib.

Səfər “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir.

Səfərdə Ağdamdan olan bir sıra tanınmış ictimaiyyət nümayəndələri və jurnalistlər də iştirak edir.

Xatırladaq ki, Ağdama sonuncu qatar işğaldan öncə - 1993-cü ildə yola düşüb.  

Ağdama yola düşən sərnişin qatarının fotolarını təqdim edirik:










Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də