Şabran rayonunda fərdi yaşayış evi yanıb.
RegionTV.info "report"a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində Zaur Niyazova məxsus evdə qeydə alınıb.
Yanğın nəticəsində ev sahibinin övladları - 2014-cü il təvəllüdlü Araz Zaur oğlu Niyazov və 2015-ci il təvəllüdlü Təranə Zaur qızı Niyazova yuxarı tənəffüs yollarının ağır yanığı diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşaqların vəziyyətini ağır olaraq qiymətləndirir.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Şabran rayon yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş