Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi

Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi

Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" kanalına müsahibəsi Rusiya mediasında geniş rezonans doğurub. Dövlət başçısının 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rus ordusu tərəfindən “işğal edildiyini” deməsi Rusiyanın bəzi dairələrinin diqqətini çəkib.

İlham Əliyev bildirib ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il yaşayıb və 1920-ci ilin aprelində rus ordusu ölkəyə daxil olaraq işğal edib:

“1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi”.

İlham Əliyev, həmçinin qeyd edib ki, bu gün Azərbaycanda bir nəfər də rus hərbçisi yoxdur və münasibətlərin gərginləşməsi Bakının günahı deyil.

Rusiyanın aparıcı KİV-ləri açıqlamaya emosional yanaşıb. RBC, Vzglyad, Life.ru və Pravda.ru müsahibənin bu hissəsini xüsusilə dərc edib. Qəzet və saytların şərhlərində Bakının “işğal” ifadəsini işlətməsi “isterika” ilə qarşılanıb. Həmçinin, Rusiyanın propoqandası ilə məşğul olan ekspertlər narazılıq ifadə ediblər.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, rusların bu ifadəyə təəccüblənməsi özü təəccüblüdür: “İşğala işğal deməyə təəccüblənmələri təəccübləndirir”.

Siyasi şərhçi Fuad Çıraqov isə vurğulayıb ki, Həmin dairələr nədənsə ölkə başçısının FOX TV-yə müsahibədə "Rusiya təyyarəni qəsdən vurmadı" deməsini münasibətləri düzəltmək üçün xoş niyyət və addım kimi görmədilər. Bəli, bilərəkdən olmadı, amma ehtiyazlıqdan olan cinayətin belə öz məsuliyyəti var. Bu cür pis münasibətlər milli maraqlarımıza uyğun deyil, amma hər şeyin öz yeri, mizanı, adı var. Hər şeyi də öz adı ilə çağırmaq lazımdır. İki ölkə arasında münasibətlər yaxşı, qarşılıqlı faydaya, hörmətə əsaslanan və sağlam olmalıdı. Görünür ki, bizim yaxşı münasibətlərin tərifi ilə post-imperiya travmalı qafaların yaxşı münasibətlərə verdiyi tərif başqadı. İşğala işğal deyilməyən və travmalı qafaların istədiyi "yaxşı" münasibətlər iki suveren müstəqil dövlətin münasibəti olmur, bu olur SSRİ-2. Hər şeyin öz adı var, necə deyərlər sazan ayrı, fazan ayrı, işğal faktı tarix kimi ayrı, münasibətlərin yaxşı olması ayrı. O qədər keçmiş koloniyaların bu gün öz metropoliyaları ilə gözəl münasibətləri var ki, baxın, öyrənin nümunə götürün. Ermənilər kimi "Azərbaycan olmayıb, Lenin yaradıb" ifadəsini tutuquşu kimi təkrarlanması isə ümumiyyətlə heç cür kömək etmir, insanları daha da bu münasibətlərin yaxşı ola bilməsi ilə bağlı skeptisizmə aparır",


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də