Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qanqam Stayl” mahnısı ilə məşhurlaşan müğənni həbs oluna bilər

“Qanqam Stayl” mahnısı ilə məşhurlaşan müğənni həbs oluna bilər
Cənubi Koreyada məşhur “Qanqam Stayl” mahnısının müəllifi və ifaçısı Psy (Pak Çe San) narkotik tərkibli dərmanların qanunsuz reseptlə əldə olunması işi üzrə polis araşdırmasına cəlb olunub.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Polisin məlumatına görə, Psy və onun meneceri 2022-ci ildən bəri Seuldakı universitet xəstəxanalarından həkim qəbuluna gəlmədən üçüncü şəxslər vasitəsilə narkotik tərkibli dərman reseptləri alıblar. Bununla bağlı tibb müəssisəsində axtarış aparılıb və müğənninin tibbi sənədləri götürülüb. İstintaq Psy-in yaxın günlərdə dindirilə biləcəyini də istisna etmir.

Araşdırma həmçinin reseptləri yazan həkimə qarşı da aparılır.

Psy-in əməkdaşlıq etdiyi "P Nation" agentliyi bildirib ki, müğənni uzun müddətdir xroniki yuxusuzluqdan əziyyət çəkir və həkim nəzarəti ilə yuxu dərmanları qəbul edir. Lakin reseptlərin üçüncü şəxslər vasitəsilə alınması yalandır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də