Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Keçmiş məcburi köçkünlərin evləri təmir ediləcək

Keçmiş məcburi köçkünlərin evləri təmir ediləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti Bakı və Sumqayıt şəhərlərində, eləcə də Ağdam, Ağsu, Cəlilabad, İsmayıllı, Qax və Yevlax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə cari təmir işləri həyata keçirəcək.

Layihənin ümumi dəyəri 1 milyon 124 min 739.42 manat təşkil edir.

Təmir işlərinə dam örtüyünün, yararsız şüşəli ruberoidin, hamarlayıcı qatların, metal yəhərlərin, şifer dam örtüklərinin, frantonların və novçaların sökülməsi daxildir.

Bu layihənin əsas məqsədi məcburi köçkünlərin yaşadığı binaların təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Təmir işləri nəticəsində yaşayış şəraiti yaxşılaşdırılacaq, dam örtüklərindəki problemlər aradan qaldırılacaq və obyektlərin ümumi dayanıqlığı artırılacaq. Bu da məcburi köçkün ailələrinin daha rahat və təhlükəsiz şəraitdə yaşamasına imkan verəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də