Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Klub prezidenti kafedə başından güllələndi

Klub prezidenti kafedə başından güllələndi

Türkiyənin İstanbul şəhərinin Çekmeköy rayonunda Alemdağ İdman Klubunun prezidenti Tuncay Meriç hücuma məruz qalıb.

Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

O, kafedə matçla bağlı xəbərləri izləyərkən silahlı hücum edilib.

49 yaşlı Tuncay Meriç kafedə oturduğu zaman naməlum şəxs tərəfindən başından güllələnib.

Hücum edən şəxs hadisə yerindən qaçıb, Meriç isə təcili yardımla xəstəxanaya çatdırılıb. Lakin bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis şübhəlinin saxlanılması istiqamətində tədbirləri davam etdirir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də