
Dağıstanda 5,3 maqnitudada zəlzələ olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub.
Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.