Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə gəlin oğul və ananı niyə bıçaqlayıb? - TƏFƏRRÜAT

Gəncədə gəlin oğul və ananı niyə bıçaqlayıb? - TƏFƏRRÜAT

Ötən gün Gəncədə ana ilə oğlu - Nazlı Paşayeva və Orxan Paşayev bıçaqlanıb, ailənin gəlini Aygün Məmmədova saxlanılıb.

 A.Məmmədovanın anası İlhamə Abdullayeva ATV-yə bildirib ki, qızı atasını müdafiə etmək məqsədilə bu addımı atıb.

“Qızım gördü ki, atasını öldürür, getdi evdən bıçağı gətirdi. Orxanın ayağından, ya hansı nahiyəsindən dəyib bilmirəm. Birdə gördüm ki, Nazlı gəldi, qızımın yaxasından yapışıb geri çəkmək istəyəndə Nazlı özü də yerə yıxıldı, qızım da onun üstünə yıxıldı. Həmin vaxt da bıçaq onun qolunu kəsdi”,- İ.Abdullayeva bildirib.

Qeyd edək ki, ana və oğul bıçaq xəsarəti ilə Gəncədə yerləşən xəstəxanalardan birinə gətiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir. 

Saxlanılan 31 yaşlı A.Məmmədova isə iki uşaq anasıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də