Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransa ilə daha bir ölkə arasında GƏRGİNLİK

Fransa ilə daha bir ölkə arasında GƏRGİNLİK

ABŞ səfiri Çarlz Kuşner antisemitizmlə mübarizənin kifayət qədər aparılmaması ilə bağlı respublika hakimiyyətini tənqid etdikdən sonra Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 Bu barədə nazirliyin bəyanatında deyilir.

 Bildirilib ki, Fransa ABŞ səfirinin bu ittihamlarını qətiyyətlə rədd edir. “Onlar beynəlxalq hüquq normalarına, xüsusən də Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında təsbit olunmuş dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə ziddir”, - bəyanatda qeyd olunur.

 Xatırladaq ki, bundan əvvəl İtaliyanın səfiri Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də