Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - VİDEO

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Tovuzda yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Əlimərdanlı kəndində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

Aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də