
Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.
Yarışın beşinci günündə növbəti medal qazanılıb
Belə ki, Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb.
Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı qazanıb.