
RegionTV.info xəbər verir ki, Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, bu barədə yanvarın 22-də keçirilən Təhsil Nazirliyinin brifinqində məlumat verilib:
"Brifinqdə müəyyən məsələlərə aydınlıq gətirildi. Sonrakı dövrdə isə Ali məktəblərlə bağlı müəyyən qərarların qəbul edilməsi gözlənilir. Tam ənənəvi təhsilin bərpası gündəlik yoluxma sayının artma və azalma dinamikasından asılıdır. Əgər yoluxma sayında istənilən nəticə əldə edilməsə, bu proses bir müddət davam edəcək və biz ənənəvi təhsilə qayıda bilməycəyik. Amma marta qədər yoluxma sayında azalma dinamikası davam edərsə və istənilən nəticə əldə edilərsə biz ənənəvi təhsilə qayıdacağıq. Bu məsələdə, insanlarımızın məsuliyyətli olub, Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl etməsindən çox şey asılı olacaq. Virusun daha çox yayılmaması üçün bütün imkanlarımızı səfərbər etməliyik. Bu təhlükə hələ dünyanın üzərindən sovuşmayıb. Qərarlar da ümumi yoluxma sayından asılı olaraq qəbul ediləcək".