Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə yeniyetmənin öldürülməsi ilə bağlı cinayət işi açıldı

Gəncədə yeniyetmənin öldürülməsi ilə bağlı cinayət işi açıldı
Gəncə şəhəri ərazisində avqustun 19-da saat 21 radələrində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Gəncə șəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də