Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu üstünlük heç kimi aldatmamalıdır - Qurban Qurbanov

Bu üstünlük heç kimi aldatmamalıdır - Qurban Qurbanov
"Ferentsvaroş"a qarşı hesabdakı üstünlük heç kimi aldatmamalıdır".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

 O, səfərdə qazanılan qələbənin vacibliyindən danışıb:

 "Möhtəşəm qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, gərgin oyuna şahidlik etdik. Futbolçularımız bu qədər azarkeş önündə sona qədər mübarizə apardılar, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizi yalnız buraxmadılar. Stadionda çox gözəl ab-hava var idi. Üstünlüyümüz olsa da, hesab heç kimi aldatmamalıdır. Bakıdakı qarşılaşmada daha ciddi oynamalıyıq. Çünki rəqibin heyətində elə futbolçular var ki, adi vəziyyətdə qol vura bilirlər".

 Qeyd edək ki," "Ferentsvaroş" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də