
ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Vitkoff Alyaska görüşü barədə CNN telekanalına müsahibə verib.
O, kanalın Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə razı olub-olmaması ilə bağlı sualını cavablandırmaqdan imtina edib.
Vitkoff üç prezidentin - Rusiya, Ukrayna və ABŞ-ın görüşünün baş tutacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp avqustda üçtərəfli görüş keçirmək istədiyi barədə xəbərlər dərc olunub. O, sabah Vaşinqtonda Zelenski ilə görüşəcək.
Avqustun 15-də Vladimir Putin və Donald Tramp Alyaskada görüşüblər. Görüşün ardınca cənab Tramp bildirib ki, Ukrayna ilə bağlı hələ də razılıq əldə olunmayıb, iki-üç məsələnin müzakirəyə ehtiyacı var. Bunun üçün o, Zelenski və Avropa ölkələrinin liderləri ilə danışacaq.