Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsmayıllıda maşın tərsinə çevrildi - Yaralılar var

İsmayıllıda maşın tərsinə çevrildi - Yaralılar var

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib. Qəza axşam saatlarında Qaraməryəm–İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Göyçay rayon sakinləri – 28 yaşlı F. Əsədov və 54 yaşlı Ş. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də