Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada deputat həbs edildi

Rusiyada deputat həbs edildi

Rusiyanın Sosnovoborsk şəhər məhkəməsi Leninqrad vilayətinin Qanunvericilik Məclisinin deputatı İvan Apostolevskini ekstremist təşkilatın simvollarını təbliğ etdiyinə görə 7 sutka müddətinə həbs edib.

 Bu barədə TASS-a region məhkəmələrinin birləşmiş mətbuat xidmətindən məlumat verilib.

 "O, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinin 1-ci hissəsində (ekstremist təşkilatların atributlarının və ya simvollarının təbliği və ya ictimai nümayiş etdirilməsi) nəzərdə tutulan hüquq pozuntusunu törətməkdə təqsirli bilinib", - məlumatda qeyd olunub.

 Qeyd edək ki, deputat ötən gün Moskva vağzalında saxlanılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də