Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır 

Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır 

2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Dənizkənarı Bulvar İdarəsi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə açıq havada “Əhməd haradadır?” filminin nümayişi keçiriləcək.

Filmin nümayişi həmin gün saat 20:00-da Dənizkənarı Bulvarda – Dövlət Kukla Teatrının yaxınlığında baş tutacaq.

Giriş sərbəstdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də