
Sumqayıt şəhəri, Sahil küçəsində qeydə alınan yol-nəqliyyat hadisəsinin anbaan görüntüləri yayılıb.
Görüntüləri Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, "KIA Optima"nın sərnişini Günel Bəylər qızı Hüseynova aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib, sürücü Əlfəddin Əbdülhəsənov isə yüngül xəsarət alıb.
Qeydə alınan bu videogörüntüdəki yol-nəqliyyat hadisəsinə araşdırmalardan sonra hüquqi qiymət veriləcək.