Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəki sakini həmkəndlisini öldürdü, digərini isə yaraladı

Şəki sakini həmkəndlisini öldürdü, digərini isə yaraladı

Cinayət hadisəsi iyulun 29-da saat 20 radələrində Şəkinin Baş Göynük kəndi ərazisində baş verib.

Baş Göynük kənd sakini 39 yaşlı Paşa Yusibovun kəsici alətlə həmkəndlisi, 38 yaşlı Dəyanət Həşimovu qətlə yetirdikdən sonra 24 yaşlı Bünyad Babazadəyə xəsarət yetirdiyi bildirilir.

Cinayətdə şübhəli bilinən Paşa Yusibov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də