
Pirşağı çimərliyində iki nəfər boğulub.
Hadisə iyulun 28-i saat axşam saatlarında qeydə alınıb. İmişli rayon sakini olan 2017-ci il təvəllüdlü azyaşlı dənizdə çimərkən boğulub.
Onun meyiti sudan çıxarılıb.
Elə həmin vaxt Pirşağı çimərliyində Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Cabbarov suda boğulub.
Onun da meyiti sudan çıxarılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.