Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bütün sosial müavinətlər TAM ÖDƏNİLDİ

Bütün sosial müavinətlər TAM ÖDƏNİLDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Bu barədəNazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə iyul ayının pensiyaları, iyulun 22-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları, iyulun 25-də iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də