Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin hərbi elitadan QİSAS ALIR

Putin hərbi elitadan QİSAS ALIR
Rusiyada təhlükəsizlik orqanları cəbhədəki uğursuzluqlara görə günahlandırılan şəxsləri “korrupsiya ilə mübarizə” adı altında vəzifədən uzaqlaşdırırlar.

Bu barədə "New York Times" qəzetində dərc edilən məqalədə deyilir.

Qeyd olunur ki, artıq beş sərhəd bölgəsindən üçündə yüksək vəzifəli şəxslərə qarşı korrupsiya ittihamları ilə cinayət işləri açılıb. Onlar sərhədin müdafiəsi üçün ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.

"Bu bölgələrdəki yüksək vəzifəli şəxslər həbs edilib və prokurorlar tərəfindən Moskvadan sərhədin möhkəmləndirilməsi üçün ayrılan pulları mənimsəməkdə ittiham ediliblər. Bu cinayət işləri Ukraynanın uğurlu sərhədyanı hücumlarından sonra açılıb", - məqalədə bildirilir.

Həmçinin Kremlin tədricən hərbi rəhbərlikdə də dəyişikliklər etdiyi vurğulanır. Bu dəyişikliklər də birbaşa uğursuzluqlara görə deyil, korrupsiya ittihamları vasitəsilə həyata keçirilir.

Məqalədə qeyd olunur ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun vəzifədən azad olunmasından sonra ölkədə generalların və Müdafiə Nazirliyinin rəhbər şəxslərinin korrupsiya işləri ilə əlaqədar “təmizlənməsi” prosesi davam edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də