
Fransanın cənubundakı Od departamentində 680 hektardan çox ərazini əhatə edən böyük meşə yanğını davam edir.
Bu barədə LCI telekanalı məlumat yayıb.
Şənbə günü axşam Port-La-Nuvel kommunası ərazisindəki iki düşərgənin və bir neçə yaşayış binasının sakinləri ehtiyat tədbiri olaraq təxliyə edilib, ümumilikdə 1000 nəfər təhlükəi ərazidən çıxarılıb.
Bazar günü səhər insanların evlərinə qayıtmasına icazə verilib, lakin bu ərazidə yanğınla mübarizə davam edir.
Hadisə yerində 630 yanğınsöndürən, həmçinin iki yanğınsöndürən təyyarə və iki helikopter işləyir, lakin onların işinə güclü külək mane olur. Alovla mübarizə zamanı dörd yanğınsöndürən tüstüdən zəhərlənib, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Səlahiyyətlilərin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.