Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı-Quba yolunda “Nissan” aşdı

Bakı-Quba yolunda “Nissan” aşdı
Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi magistralının Sumqayıtdan keçən hissəsində avtomobil aşıb.

Sürücünün idarəetməsindən çıxan “Nissan” markalı avtomobil işıq dirəyinə çırpılaraq çevrilib.

Baş DYP İdarəsindən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: “Bu gün saat 06:03-də Bakı-Quba yolunun 26.5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. 99-KT-839 dövlət nömrə nişanlı “Nissan” markalı minik avtomobilinin sürücüsü Orxan Mehman oğlu Əliyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan yoxdur, yol-nəqliyyat hadisəsi maddi ziyanla nəticələnib”.

Faktla bağlı araşdırma aparılır


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də