Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sahibə Qafarova Rusiyaya BAŞSAĞLIĞI VERDİ

Sahibə Qafarova Rusiyaya BAŞSAĞLIĞI VERDİ

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı məktubları ünvanlayıb.

Spiker Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.

Məktublarda Rusiyanın Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatından dərin kədər ifadə olunur, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Respublikası Milli Məclisinin sədri adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də