Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

15 yaşlı yeniyetmə anasını və nənəsini ÖLDÜRDÜ - RƏSMİ AÇIQLAMA

15 yaşlı yeniyetmə anasını və nənəsini ÖLDÜRDÜ - RƏSMİ AÇIQLAMA

İyulun 25-də saat 2 radələrində Goranboy rayon sakinləri 1978-ci il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Goranboy rayon prokurorluğu məlumat yayıb.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya  xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də