Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

700 bal toplayan şagirdlər - Sona və Orxanın FOTOLARI

700 bal toplayan şagirdlər - Sona və Orxanın FOTOLARI

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ikinci cəhd imtahanlarının nəticələrini açıqlayıb.

IV qrupdan iki nəfər 700 bal toplayıb.

Belə ki, Nurməmmədli Sona Məhəmməd qızı  Abdulsəmədli Orxan Fəxri oğlu hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentlərdir.

Sona Bakı şəhəri 272 nömrəli tam orta məktəbin şagirdidir. O, Azərbaycan Tibb Universitetini seçmək fikrində olduğunu deyib.

Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan Orxan da Azərbaycan Tibb Universitetində oxuma niyyətindədir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də