
Xəzər dənizində suyun səviyyəsi rekord həddə düşüb.
Bu barədə TASS-a açıqlamasında Rusiyanın Xəzər Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun (KaspNIRX) mütəxəssisləri məlumat veriblər.
Baltik sisteminə əsasən, dənizin səviyyəsi mənfi 29 metrdən aşağı olub.
Mütəxəssislərin fikrincə, suyun səviyyəsində enmə tendensiyası xüsusilə 2020-ci ildən sonra kəskinləşib. 2022-2023-cü illər ərzində Xəzər dənizi 29 santimetr su itirib. Bu prosesin əsas səbəbləri kimi iqlim dəyişikliyi, qlobal istiləşmə, istixana qazlarının artması və çaylardan suyun həddindən artıq götürülməsi göstərilir.
Proqnozlara görə, yaxın 5-6 ildə Volqada suyun azalması davam edərsə, Xəzərin səviyyəsi daha bir metr enə bilər.