Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təhsil İdarəsinin müdiri Elçin Kərimov Gəncə STEAM Mərkəzi və FRİTL-da olub


 
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Gəncə STEAM Mərkəzi və Gəncə şəhər Fizika, riyaziyyat  və informatika təmayüllü liseydə olub.

İdarə müdiri Elçin Kərimov Gəncə STEAM Mərkəzində fəaliyyət göstərən "Yay məktəbi"nin fəaliyyəti ilə tanış olub. Bildirilib ki," Yay məktəbi" 10 iyul - 30 avqust tarixlərini əhatə edir. Hal-hazırda "Yay məktəbi" də 8-10, 11-13 və 14-17 yaş üzrə qruplar fəaliyyət göstərir.

Daha sonra idarə müdiri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə olub. Liseyin direktoru Rəşad Qədirov əldə edilən nailiyyətlər, görülən işlər barədə ətraflı məlumat verib. Liseydə ümumi təhsil müəssisələrinin 2024–2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmrə əsasən qızıl və gümüş nişana layiq görülən məzunlarla görüş keçirilib. 

Məzunları təbrik edən E.Kərimov onlara nişanları və xüsusi nümunəli attestatları təqdim edib.

 



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də