Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Abituriyentlərin ixtisas seçimi nə zaman BAŞLAYACAQ?

Abituriyentlərin ixtisas seçimi nə zaman BAŞLAYACAQ?

Ali təhsil müəssisələrinə qəbul prosesi artıq yekunlaşmaq üzrədir. 

Təhsil eksperti Ramin Nurəliyev bu il ixtisas seçimi və nəticələrin açıqlanma müddəti ilə bağlı ilkin proqnozları bölüşüb.

Onun sözlərinə görə, I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinin yaxın günlərdə açıqlanması gözlənilir:

“Artıq qəbul prosesinin son mərhələsindəyik. Jurnalistika və digər qabiliyyət tələb edən ixtisaslar da daxil olmaqla, V ixtisas qrupu üzrə qabiliyyət imtahanları yekunlaşmalıdır. Bu mərhələlər başa çatdıqdan sonra apellyasiya müraciətlərinə baxılması ən geci bir həftəyə yekunlaşacaq”.

Ekspertin hesablamasına əsasən, bütün proseslərin tamamlanması avqustun 8-10-da ixtisas seçiminin başlanmasına şərait yarada bilər:

“Əgər I və IV ixtisas qruplarının nəticələri iyulun 25-ə qədər elan olunarsa, qabiliyyət imtahanları və apellyasiya mərhələsi də bir həftəyə yekunlaşacaq. Beləliklə, ixtisas seçiminin ötən illərdə olduğu kimi avqustun 8-dən 10-na qədər başlaması və 10 gün davam etməsi ehtimal olunur”.

Nəticələrin elan olunma vaxtına gəlincə, R. Nurəliyev bildirib ki, Dövlət İmtahan Mərkəzi adətən seçim başa çatdıqdan 2-3 iş günü ərzində nəticələri açıqlayır:

“Bu, təxminən avqustun 24-25-i tarixlərinə təsadüf edə bilər”.

Təhsil eksperti onu da əlavə edib ki, qəbul nəticələrindən sonra proses kolleclərə ixtisas seçimi və boş qalan yerlərə təkrar seçim mərhələsi ilə davam edəcək:

“Bu mərhələnin də avqustun 25-dən sonra, yəni nəticələr elan olunduqdan 2-3 gün sonra başlaması gözlənilir. Nəhayət, abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrinə qeydiyyat prosesi başlayacaq ki, bu mərhələ sentyabrın 10-na qədər davam edə bilər”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də