Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda mənzillər bahalaşıb

Azərbaycanda mənzillər bahalaşıb

Bu ilin II rübündə Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Belə ki, 2025-ci ilin II rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin I rübünə nisbətən 1,1% bahalaşıb.

Bahalaşma ilkin mənzil bazarında 3,2%, təkrar mənzil bazarında isə 1,1% olub.

Bununla yanaşı, 2025-ci ilin II rübündə mənzil bazarında qiymət indeksi 2024-cü ilin II rübünə nisbətən 13,2% artıb.

Bu dövr ərzində bahalaşma ilkin mənzil bazarında 12,9%, təkrar mənzil bazarında isə 13,2% olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də