
Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi ölkə ictimaiyyəti tərəfindən geniş qeyd edilir. Bu əlamətdar yubiley münasibətilə Prezident İlham Əliyev media nümayəndələrinə xüsusi ad, orden, medal və təqaüdlərlə təltif edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülənlər arasındadır.
O, açıqlamasında bildirib ki, Prezident İlham Əliyev fəaliyyət dövründə ölkə mediasına və jurnalistikasına hər zaman yüksək diqqət və qayğı göstərib.
Bu günlərdə Şuşada keçirilən III Qlobal Media Forumu zamanı Cənab Prezidentin jurnalistlərlə görüşü və səsləndirdiyi fikirlər isə Azərbaycan mediasına olan diqqətin növbəti bariz nümunəsi oldu. Biz bu münasibətə görə dövlətimizin başçısına təşəkkür edirik.
Təltif olunan yüzlərlə jurnalistin sırasında öz adımı görmək isə mənim üçün xüsusi qürur və fərəhdir. Azərbaycanın peşəkar jurnalistləri olaraq dövlətimizin xidmətindəyik”.