Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sürücülük vəsiqəsi olmayan şəxs piyadanı vurub öldürdü

Sürücülük vəsiqəsi olmayan şəxs piyadanı vurub öldürdü

Qazaxda sürücülük hüququ olmayan şəxsin törətdiyi qəza nəticəsində bir nəfər ölüb.

Ötən gün saat 23:40 radələrində 1982-ci il təvəllüdlü Nağıyev Nurlan Eldar oğlu sürücükük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Eminov Müşfiq Əsgər oğlunu vurub.

Piyada 20.07.2025-ci il tarixində saat 00:30-da xəstəxanada ölüb.

Faktla bağlı Qazax RPŞ-də CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başladılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də