Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qeyri-adi nikah müqaviləsi: küsülü yatmaq qadağandır! - FOTO

Qeyri-adi nikah müqaviləsi: küsülü yatmaq qadağandır! - FOTO
İspaniyanın "Real Madrid" klubunun 18 yaşlı braziliyalı hücumçusu Endrik model Qabrieli Miranda ilə Madriddə ailə həyatı qurub.

Onlar arasında qeyri-adi "sevgi müqaviləsi" imzalanıb.

Cütlük əslində ötən ilin sentyabrında evlənib, lakin indi ailə və dostlarının iştirakı ilə böyük mərasim təşkil ediblər.

Endrik müqavilənin bəzi şərtlərini açıqlayıb. Müqaviləyə əsasən, cütlük hər gün bir-birinə “səni sevirəm” deməlidir və küsülü halda yatmaq qadağandır.

İctimai yerlərdə dalaşmaq və əl-ələ tutmadan gəzmək də müqaviləyə ziddir. Həmçinin, tərəflər hər hansı asılılıq və davranış dəyişikliyinə yol verməməlidir.

Endrik bildirib ki, şərtlərə əməl etməyən tərəf ay sonunda digərinin istədiyi şeyi etməli olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də