Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dənizdə batan məktəblilərin valideynləri danışdı:  "Balam o gedən getdi"

Dənizdə batan məktəblilərin valideynləri danışdı: "Balam o gedən getdi"

Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 məktəbli- Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu batıb.

Məktəblilərin valideynləri hadisə ilə bağlı danışıb.

"Balam gəldi məni qucaqladı, pul istədi. Dostum əsgər gedir, mən də onlarla gedim dedi. Balam o gedən getdi”, - deyə Aqilin anası bildirib.

Valideynlərin sözlərinə görə, hadisə axşam saatlarında baş verib.

"Böyük qardaşı əsgər gedir, onu qeyd etməyə gəliblər. Yemək yeyib dənizə giriblər. Həm qonşunun oğlu, həm də mənim oğlum batıb”, - Tacirin atası deyib.

Qeyd edək ki, Abşeron rayonunun Novxanı kəndində dənizdə batan yeniyetmələrin meyiti dənizdən çıxarılıb. Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlunun meyiti aidiyyatı üzrə təhvil verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də