Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsrailli nazir Ərdoğanla görüşündən danışdı: Heç vaxt...

Türkiyəni Şərqi Aralıq dənizi Qaz Forumunda görməkdən şad olarıq.
RegionTV.info xəbər verir ki, bunu İsrailin enerji naziri Yuval Steinitz ABŞ mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Türkiyə bölgədəki ən güclü faktorlardan biridir:
“Beş il bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə görüşdük. İsrail qazının boru kəməri ilə (Leviafan-Ceyhan) Türkiyəyə ixrac edilib-edilməyəcəyini müzakirə etdik. Hətta hər iki ölkənin Energetika Nazirliklərinin rəsmiləri arasında da görüş olsa da, nəticə əldə edilmədi. İndi isə Türkiyəni Şərqi Aralıq dənizi Qaz Forumunda görməkdən şad olarıq. Bu proses ticarət əməkdaşlığı üçün çox vacibdir. Türkiyə ilə təkrar danışıqlar aparmağı və İsrail qazının bu ölkəyə ixrac olunması layihəsini yenidən müzakirə etməyə hazırıq. İsrail Türkiyəyə qapıları heç vaxt bağlamayıb”.
KONKRET.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də