Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

III qrupda ballar artacaq, II qrupda azalma görəcəyik - EKSPERT

III qrupda ballar artacaq, II qrupda azalma görəcəyik - EKSPERT

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələrini  dünən elan edib.

Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə 677.9 bal, III ixtisas qrupu üzrə isə 691.8 baldır. 

Təhsil eksperti Rizvan Fikrətoğlu  bildirib ki, bu il II və III qruplar üzrə 700 bal toplayan abituriyent qeydə alınmasa da, bu fakt ümumi nəticələrin zəif olması anlamına gəlmir.

“Xüsusilə III ixtisas qrupu üzrə nəticələr ötən illə müqayisədə yüksəkdir. Ona görə də bəzi ixtisaslarda keçid ballarında artımı müşahidə oluna bilər. Əlbəttə, tam mənzərə Dövlət İmtahan Mərkəzinin I və II ixtisas qruplarının bütün nəticələrini, eləcə də III qrupun altqrupları üzrə yekun statistik məlumatlarını açıqladıqdan sonra formalaşacaq. O zaman “Abituriyent 4” və statistik jurnallar vasitəsilə daha dəqiq təhlil aparmaq mümkün olacaq,” - deyə Rizvan Fikrətoğlu vurğulayıb.

Ekspert qeyd edib ki, ilkin nəticələrə əsasən, III qrupun göstəriciləri II qrupla müqayisədə daha yaxşıdır: “Bu isə bəzi ixtisaslarda keçid ballarında artıma səbəb ola bilər. II qrup üzrə isə müəyyən ixtisaslarda artımlar, bəzilərində isə azalmalar gözlənilir.”


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də