
Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Laçında baş verən yanğınla bağlı birgə məlumat yayıb.
FHN və DİN-in Mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, iyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.
Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.