Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tramp 150 ölkəyə idxal rüsumu elan etdi

Tramp 150 ölkəyə idxal rüsumu elan etdi
Amerika Birləşmiş Ştatları 150-ə yaxın “kiçik” ölkədən idxal olunan mallara 10-15 faiz civarında gömrük rüsumu tətbiq etməyi planlaşdırır.

Bunu Ağ Ev rəhbəri Donald Tramp “Real America” telekanalına müsahibəsində deyib.

“Biz yerdə qalan 150 kiçik ölkələr üçün eyni rüsumları tətbiq edəcəyik. Və bu yəqin ki, 10 faiz və ya15 faiz olacaq. Hələ bunu tam qərarlaşdırmamışıq”, - deyə Tramp bildirib.

Qeyd edilir ki, buna qədər Tramp Vaşinqtonun “anti-amerika siyasətini” dəstəkləyən dövlətlərə qarşı əlavə 10 faizlik gömrük rüsumlarının tətbiq olunacağını bəyan etmişdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də