Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır

Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır

Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq Rusiya İstintaq Komitəsinə aparılıb.

“İddia olunur ki, Mutvalı Şıxlınski polis əməkdaşına xəsarət yetirməyə cəhd edib”.

Bu barədə Şahin Şıxlınskinin qohumu, tanınmış jurnalist Elçin Şıxlınski bildirib.

O deyib ki, Şahin Şıxlınski barəsində cinayət işi açılmasından xəbəri yoxdur.

Qeyd edək ki, hazırda Mutvalı Şıxlinski İstintaq Komitəsində dindirilməkdədir. Onun iyulun 1-də Baku Plaza ticarət mərkəzinin qarşısında saxlanılması zamanı baş verən insidentlə bağlı izahatı alınır.

Bu gün Mutvalı Şıxlinskinin məhkəməyə çıxarılması gözlənilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də