
AFFA-da yeni təyinat olub.
Bu barədə AFFA-dan məlumat verilib.
Bildirilib ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayev AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.
Bəxtiyar Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib.