Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Milli parklara səfər edən tursitlərin SAYI

Milli parklara səfər edən tursitlərin SAYI

Azərbaycanda milli parklara 2025-ci ilin 6 ayı ərzində 87 542 turist səfər edib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur:

“Milli parklara səfər edən ziyarətçilərin böyük əksəriyyətini yerli turistlər təşkil edib ki, bu da ölkə əhalisinin təbiət ərazilərinə, ekoturizmə marağının artması və aparılan ekoloji maarifləndirmə işlərinin nəticəsidir”.

İ.İbrahimova onu da qeyd edib ki, bu ilin 6 ayı ərzində turistlərin ən çox üz tutduğu məkanlar arasında Göygöl, Şahdağ və Abşeron milli parkları ilk sıralarda yer alıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də