Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yol polisindən isti hava ilə bağlı sürücülərə MÜRACİƏT

Yol polisindən isti hava ilə bağlı sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə  BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. İsti hava insanlarda əzginlik, yorğunluq hissi yaradır. Bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərdə özünü daha tez biruzə verir.

“BDYPİ belə halların sürücülərin əhvali-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, kondisionerlə təchiz edilməyən nəqliyyat vasitələri ilə günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfər edərkən 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyə çağırır”, - deyə müraciətdə qeyd olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də