Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda 4,7 ballıq zəlzələ oldu

İranda 4,7 ballıq zəlzələ oldu

İranın Simnan vilayətinin Şahrud mahalının Əmiriyyə bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Şahrud rayonunun qubernatoru Abutaleb Cəlali bildirib.

O, yeraltı təkanların bu gün yerli vaxtla saat 10:44-də qeydə alındığını söyləyib.

Cəlali zəlzələnin episentrinin Şahrudun Əmiriyyə bölgəsində olduğunu və zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyini bildirib.

Qızıl Aypara qrupları bölgəyə göndərilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də