
İctimai Televiziyanın tanınmış aparıcısı Nərmin Salmanova kanaldan ayrılıb.
Bu barədə telekanalın "Xəbərlər" proqramının aparıcısının özü sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, özünü başqa bir sahədə sınamaq istəyir.
Teleaparıcı qeyd edib ki, yeni iş yeri ilə məlumatı yaxın günlərdə açıqlayacaq.