Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

36 yaşlı qadın bıçaqlandı

36 yaşlı qadın bıçaqlandı

Sumqayıtda baş verən insident nəticəsində 36 yaşlı qadın bıçaq xəsarətləri alıb.

Hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 2004-cü il təvəllüdlü Kamran Dadaşlı şəxsi mübahisə zəminində qonşusu, 1989-cu il təvəllüdlü Mehriban Abdullayevaya bıçaqla xəsarət yetirib. Yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, qadına sol bazunun və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda onun vəziyyəti stabildir və zəruri tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də